Türkiyə ilə əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirmək qərara alınıb- İran

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, prezident Rəcəb Tayyib Ərdoğan və İranlı həmkarı İbrahim Rəisi arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin çoxşaxəli şəkildə inkişaf etdirilməsi qərara alınıb.

Bu barədə Abdullahiyan Tvitter hesabından verdiyi açıqlamada bildirilib.

Açıqlamaya əsasən, Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində prezident Ərdoğan ilə Türkiyə Cümhuriyyətinin prezidenti arasında keçirilən görüş barədə məlumat verib.

Türkiyə və İran prezidentləri arasında görüşün son dərəcə dostluq və səmimi atmosferdə keçdiyini qeyd edən Abdullahiyan, "Münasibətlərin çoxşaxəli şəkildə inkişaf etdirilməsi və bəzi maneələrin aradan qaldırılması qərara alındı. İki ölkə arasındakı əlaqələr tarixidir. Komissiya (Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurası) iclas keçirməyə razılaşıb"- deyə bildirib.

İƏT-in 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edən prezident Ərdoğan ilə İran prezidenti sammit çərçivəsində bağlı qapılar arxasında görüş keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31