Karantində olan qadın oteli yandırdı
29 Noyabr 2021 12:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İki övladı ilə Avstraliyada 14 gün karantində qalan qadın qaldığı oteli yandırıb. Hadisə Avstraliyanın Kvinslend ştatında baş verib.
İki uşağı ilə başqa əyalətdən Kvinslendə keçdikdən sonra oteldə məcburi iki həftəlik karantinə alınan 31 yaşlı qadın otelə girdikdən bir neçə gün sonra çarpayısının altında yanğın baş verib.
Pacific Hotelin üst mərtəbəsini bürüyən alov səbəbindən 160-dan çox qonaq təxliyə edilib.
Yanğın törətməkdə təqsirləndirilən qadın nəzarətə götürülüb.
Kvinslend polisi qadının yandırılmadan əvvəl başqa problemlər yaratdığını açıqlayıb.
Uşaqlar polisin mühafizəsinə götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31