NATO-nun xarici işlər nazirliyi Rusiyadan danışacaq
29 Noyabr 2021 11:58 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri başda Rusiya olmaqla, alyansın gündəmindəki məsələləri müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gələcək.
NATO baş katibi Yens Stoltenberqin sədrliyi ilə noyabrın 30-da və dekabrın 1-də keçiriləcək iki günlük toplantıda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək. NATO iclasının bir hissəsinə alyansa üzv olmayan Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də qatılacaqlar.
NATO rəsmiləri Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda və Ukrayna ilə sərhəddə həyata keçirdiyi hərbi fəaliyyətlərin şəffaf olmadığını və suallar doğurduğunu bildirir.
Ötən həftə Riqa görüşü ilə bağlı mətbuat konfransı keçirən baş katib Stoltenberq bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində tanklar, artilleriya, zirehli bölmələr, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, eləcə də döyüşə hazır qoşunları var.