Dəhşətli hadisə BAŞ VERDİ: azərbaycanlı ailənin 4 üzvü FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"  xəbər verir ki, qəza Dmanisi rayonu yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir ailənin dörd üzvü ölüb.

Həmin şəxslər kişi, onun oğlu, gəlini və nəvəsidir. Azərbaycanlı ailə Dmanisinin Səfərli kəndində yaşayıb.

Qəzanın səbəbi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31