ÜST yeni ştamı adlandırarkən niyə 2 hərf irəli adlayıb? - Ağlagəlməz İDDİA

Koronavirusun yeni B.1.1.529 variantı ilə bağlı xəbərlər ilk dəfə ortaya çıxmağa başlayanda, çoxları onun Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Nu" adlandırılacağını gözləyirdi.

Olaylar.az  bildirir ki, ÜST koronavirus variantlarını yunan əlifbasına əsasən adlandırır və növbəti mövcud hərf isə, "Nu" idi. Bununla belə, qurum Cənubi Afrika və Botsvanada aşkarlanan yeni ştamı "təhlükəli" müəyyən edərək ona,  "Omicron" adını verdi. Bu isə o deməkdir ki, əlifbada iki hərfi gözardı ediblər - Nu və Xi. Bəs, bunun səbəbi nədir?

Bununla bağlı Harvard Tibb Məktəbinin professoru, epidemioloq Martin Kulldorf fikirlərini bölüşüb. O, "Twitter" hesabında ÜST-ün yeni növü  "Xi" adlandırmaq məcburiyyətində qalmamaq üçün "Omicron"a müraciət etdiyini deyib. Belə ki,  onun fikrincə, dünya üçün, xüsusən də orijinal virusun mənşəyi istiqamətindəki bütün mübahisələrdən sonra,  Çin prezidenti Si Jinpinin (Xi Jinping) adını daşıyan koronavirus variantı ilə mübarizə aparmaq olduqca yöndəmsiz olardı. "ÜST  "Xi"dən qaçmaq üçün "Omicron"u seçdi", - deyə Martin əlavə edib.

(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31