Yeni təhlükəli COVID ştammının adı bəlli oldu
27 Noyabr 2021 10:45 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib.
Olaylar.az nterfax-a istinadən xəbər verir ki, təşkilatın bəyanatında B.1.1.529 ştammı "narahatlıq doğurucu variant" kimi qiymətləndirilib və mövcud PCR testlərinin koronavirusun bu ştamını aşkarlaya biləcəyini vurğulanıb.
Qeyd edək ki, hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honq-Konqa və Belçikada tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31