Finlandiya hökuməti peyvənd olunmayanlara qarşı məhdudiyyətlər hazırlayır

Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.

Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.

"Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır", - deyə Krista Kiuru bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31