Təyyarədə buludların üzərində uşaq dünyaya gətirdi
26 Noyabr 2021 16:25 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindən Özbəkistanın Namanqan şəhərinə uçan Aeroflot təyyarəsi göyərtəsində doğulan körpə səbəbilə Nijni Novqorodda eniş edib.
Məlumata görə, körpənin vəziyyəti qənaətbəxşdir.
Nijni Novqorodun Çkalov Beynəlxalq Hava Limanının sözçüsü bildirib ki, təyyarə kapitanının eniş tələbindən sonra hava limanının rəsmiləri təcili yardım çağırıb.
"Təyyarə yerə enən kimi ana və yeni doğulmuş uşaq şəhər xəstəxanasına aparılıb" - deyə məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31