Bir gündə 34 690 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində 34 690 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Olaylar.az xəbər verir ki, bu barədə COVID-19-un yayılması ilə mübarizə üzrə operativ qərargahdan məlumat verilib. Son 24 saat ərzində Rusiyanın 85 regionunda 34 690 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan 7,1 faizində xəstəliyin kliniki təzahürləri olmayıb. 1235 ölüm halı qeydə alınıb. Gün ərzində Rusiyada 36 145 nəfər tam sağalıb.

Nəzərinizə çatdıraq ki, Rusiyada bu günə qədər 9 502 879 nəfərdə koronavirus aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31