İsraildə yeni COVID-19 ştammına ilk yoluxma halı aşkarlanıb
26 Noyabr 2021 11:54 Dünyaİsraildə B.1.1.529 koronavirusunun yeni ştammına ilk yoluxma halı Malavidən qayıdan vətəndaşda aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Cənubi Afrikanın bir sıra ölkələrində aşkar edilən koronavirus ştammı İsraildə müəyyən edilib. O, Malavidən qayıdan vətəndaşında aşkar edilib" - deyə məlumatda bildirilir.
Bununla yanaşı, idarə xaricdən qayıdan daha iki vətəndaşla bağlı müvafiq şübhələrə də diqqət çəkib. Onlar hazırda təcrid olunmuş vəziyyətdə test nəticələrini gözləyirlər. Həmin günün əvvəlində CNBC məlumat vermişdi ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkar edilmiş B.1.1.529 koronavirusunun yeni ştammı ilə əlaqədar noyabrın 26-da fövqəladə iclas keçirəcək. Xüsusilə, B.1.1.529-un koronavirus dərmanları və peyvəndlərinə təsiri müzakirə ediləcək.