Daha bir ölkə yeni virus ştammına görə bir neçə olkəyə girişi qadağan etdi
26 Noyabr 2021 11:38 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur höküməti koronavirus ştammının bölgədə aşkarlanması ilə əlaqədar Cənubi Afrikadan və bir sıra digər Afrika dövlətlərindən olan əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb.
Bu barədə Səhiyyə Nazirliyinin noyabrın 27-də yaydığı məlumatda deyilir.
Noyabrın 28-dən etibarən Botsvana, Zimbabve, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika Respublikası, Esvatiniyə səfər etmiş şəxslər Sinqapura daxil ola və ya tranzit keçə bilməyəcəklər"- deyə nazirlik bildirib.
Son məlumatlara görə, Cənubi Afrikada 77 nəfərdə SARS-CoV-2-nin yeni variantı aşkar edilib. B.1.1.529-a yoluxmuş daha dörd nəfər Botsvanada, biri Honq Konqda (bu şəxs Cənubi Afrikadan gəlib) müəyyən edilib. Yeni ştammı tədqiq edən britaniyalı professor Tim Peacock bildirib ki, B.1.1.529-da koronavirus sünbülünün zülal birləşmələrində 32 mutasiya var. Onun sözlərinə görə, bu, koronavirusun yeni variantına insan orqanizminin hüceyrələrinə daha asan nüfuz etmək imkanı verir.