16 Noyabr döyüşünə görə Ermənistanda həbslər başladı
26 Noyabr 2021 11:14 Dünya16 Noyabr döyüşləri zamanı sərhəddəki döyüş mövqeyini itirdiyinə görə Ermənistanda bir zabit həbs edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, döyüş başlayanda həmin mövqedə xidmət edən mayor 7 əsgərlə birlikdə qaçıb aradan çıxıb. Həmin mövqedə 11 əsgər əsir düşüb, daha iki əsgərin meyiti isə 17 və 19 noyabr tarixlərində erməni tərəfinə təhvil verilib. Döyüş mövqeyi isə Azərbaycan Ordusunun əlinə keçib.
Məhkəmə zabitin həbsi ilə bağlı təqdimata əsasən qərar çıxarıb və o, bu gün həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31