Bu ölkə yeni koronavirus ştammına görə bir çox ölkəyə girişi qadağan etdi

Olaylar.az xəbər verir ki,  bölgədə aşkar edilən yeni koronavirus ştammına görə  Cənubi Afrika  və digər altı ölkədən olan əcnəbilər  İsrailə daxil ola bilməyəcək.

Bu barədə  İsrailin baş nazirinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, Baş nazir Naftali Bennetin keçirdiyi görüşdən sonra yeddi Afrika ölkəsi - Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatini "qırmızı" ölkələr və ya israillilərin səyahətinə icazə verilməyən ölkələr siyahısına daxil edilib. 

Əlavə olaraq, bu ölkələrdən olan əcnəbilərin də İsrailə daxil ola bilməyəcəkləri bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31