Somalidə partlayış nəticəsində-8 nəfər öldü

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Somalinin paytaxtı Moqadişoda məktəb qarşısında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Goobjoog News media orqanı məlumat yayıb.

Məlumata görə,  kamikadzenin iştirak etdiyi hücumda Afrika İttifaqının Somalidəki missiyasının məktəb binasının yanından keçən karvanı hədəf alınıb.

Partlayış nəticəsində yaranan şok dalğası məktəbin və yaxınlıqdakı xəstəxananın divarlarını qismən dağıdıb.

Hakimiyyət hücumu "Əş-Şəbab" terror qruplaşmasının üzərinə atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31