“Squid Game” izləyən şəxs edama məhkum olunub – Şimali Koreyada
25 Noyabr 2021 11:19 DünyaŞimali Koreyada "Squid Game" izləyən şəxs edama məhkum edilib.
Olaylar.az xəbər verir ki, Çinə səfər edən şimali koreyalı tələbə oğlan evə qayıdarkən özü ilə diskdə "Netflix" platformasında yayımlanan Cənubi Koreya serialı "Squid Game"in surətini gətirib.
Tələbə məşhur serialın rəqəmsal surətini Çin sərhədindəki Şimali Hamqyonqda bir çox insana satıb. Serialı alanlar arasında onun dostları da olub.
Ötən həftə Şimali Koreyanın müvafiq hüquq-mühafizə orqanı həmin şəxsi yaxalayıb. O, güllələnərək edam olunacaq.
Qeyd edək ki, dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada düşmən Cənubi Koreya və Qərb ölkələrindən gətirilən bütün filmlər, televiziya şouları, mahnılar və digər məhsullar qadağandır.
(sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31