ABŞ vətəndaşlarına iki ölkəyə getməməklə bağlı xəbərdarlıq etdi
24 Noyabr 2021 23:06 DünyaABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və Dövlət Departamenti koronavirusa yoluxma sayının artması ilə əlaqədar Almaniya və Danimarkaya səyahət etməməklə bağlı xəbərdarlığı edib.
"Bu yerlərə səyahət etməyin. Əgər səyahət etmək istəyirsinizsə, tam peyvənd kursundan keçdiyinizdən əmin olun", - deyə CDC-nin açıqlamasında deyilir.
CDC Almaniya və Danimarka kateqoriyasını "Səviyyə 4: COVID-19 riski çox yüksək" olaraq təyin edib.
Hazırda ABŞ- ın səyahətlə bağlı xəbərdarlıq siyahısında 75 ölkə var.
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31