İtaliyada üçüncü doza vaksin üçün gözləmə müddəti 5 aya endirilib
24 Noyabr 2021 18:59 DünyaCOVID-19 infeksiyasına yoluxma hallarının artdığı İtaliyada hökumət tətbiq olunan hər iki dozadan 5 ay sonra peyvəndin üçüncü dozasını qəbul etməklə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə naziri Roberto Speranza deyib.
O bildirib ki, İtaliya Farmakologiya Agentliyi (AIFA) peyvəndin ilk iki dozasını tamamlayanların 5 ay sonra gücləndirici doza qəbul etməsini təsdiqləyib.
Daha əvvəl 40 və yuxarı yaşda olan şəxslərə üçüncü doza peyvənd tətbiqi üçün son dozasından 6 ay sonraya təyinat verilirdi.
Qeyd edək ki, İtaliyada son həftələrdə virusa yoluxmaların sayı artmaqdadır və ötən gün daha 10 mindən çox insan COVID-19-a yoluxub. Hazırda ölkədə 12 yaşdan yuxarı əhalinin 87 faizi ən azı bir doza peyvənd qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31