Kabil yaxınlığında dörd din alimi güllələnib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 24-də səhər saatlarında silahlı şəxslər Kabil yaxınlığında dörd din alimini atəşə tutub, iki nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə Əfqanıstan mediasında məlumat yayılıb.
Dörd kişi Kapisa əyalətinin əsas şəhəri olan Mahmude Raqdakı İslam dini məktəbindən yola düşərkən hücuma məruz qalıb.
Məlumata görə, dörd kişi Kapisa əyalətinin əsas şəhəri olan Mahmude Raqdakı İslam dini məktəbindən yola düşərkən hücuma məruz qalıb.Atışmanın səbəbi və hücum edənlərin kimliyi məlum deyil.
 Xatırladaq ki, İŞİD terror qruplaşması son həftələr ərzində Əfqanıstanda şiə azlıqlarına ibadət edənlərə qarşı bir neçə silahlı hücumu öz üzərinə götürüb. Taliban avqust ayında Kabili ələ keçirdikdən sonra yaraqlılar terror kampaniyasını gücləndiriblər .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31