Tarixdə ilk dəfə qadın baş naziri seçildi
24 Noyabr 2021 15:52 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin birpalatalı parlamenti Riksdaq Noyabrın 24-də İsveç Sosial Demokratik İşçi Partiyasının lideri Maqdalena Anderssonun baş nazir təyin edilməsinə səs verib. O, ölkə tarixində vəzifəyə gələn ilk qadın olub.
Anderssonun namizədliyinin təsdiqlənməsi üçün ən azı 175 səs lazım olub. Onun namizədliyinin lehinə 117 deputat, əleyhinə 174 deputat səs verib, 57 deputat bitərəf qalıb, bir deputat iştirak etməyib.
2014-cü ildə Andersson İsveçin maliyyə naziri vəzifəsini icra edib və hökumətdə bu vəzifəni tutan ilk qadın olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31