Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Tayvanla dialoqu dayandırmağa çağırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin hakimiyyəti ABŞ-ı Tayvanla iqtisadi dialoqu kəsməyi tələb edir və Tayvan administrasiyasının sabitliyi pozan cəhdlərinin uğursuzluğa məhkum olduğunu xatırladır. 

Bu barədə Niyabrın 24-də ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

"Çin bununla bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Birləşmiş Ştatlar öz öhdəliklərinə əməl etməli və Tayvanla qarşılıqlı əlaqəni dərhal dayandırmalıdır. Birləşmiş Ştatların dəstəyi ilə Tayvanın müstəqilliyini təmin etmək və  Çin ilə əlaqələri pozmaq uğursuzluğa məhkumdur"- deyə Çjao Litszyan söyləyib.

"Vaşinqton Taypey ilə hər hansı rəsmi əlaqədən çəkinməlidir.Tayvanlı separatçılara yalan siqnallar göndərməyin"- deyə  o əlavə edib.

Dövlət Departamentindən verilən məlumata görə, ABŞ və Tayvan administrasiyasının nümayəndələri iqtisadi tərəqqi naminə tərəfdaşlıq üzrə dialoqun ikinci raundunu keçiriblər. Məsləhətləşmələr zamanı təchizat zəncirləri, iqtisadi məcburiyyətlərə qarşı mübarizə, rəqəmsal iqtisadiyyatın inkişafı, beşinci nəsil (5G) mobil şəbəkələrinin təhlükəsizliyinin gücləndirilməsi, həmçinin elm və texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan etibarən o, kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31