Davudoğlu etirazçılara səsləndi: "Küçələrə çıxmayın, seçki ilə gedəcəklər"

Türkiyənin sabiq baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu lirənin kəskin ucuzlaşmasına etiraz olaraq, küçələrə çıxanlara reaksiya verib.

Olaylar.az xəbər verir ki, o, bu məsələnin küçədə yox, seçkilərdə həll edilməli olduğunu deyib.

"Bu iş küçədə yox, qutuda həll olunur. Sizi küçəyə çağıranlara qulaq asmayın, tələyə düşməyin. Seçki ilə gələn seçki ilə də gedəcək", - Davudoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31