Netflix-in "Tiger King" ulduz siması ÖZÜNÜ GÜLLƏLƏDİ

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Netflix izləyiciləri tərəfindən Tiger King sənədli filmində çəkilmiş   Ceff Lin Conson  intihar edib.

Bu barədə Oklahoma City Polisi məlumat verib. 

Məlumata görə, Conson sentyabrın 8-də həyat yoldaşı ilə evinin qarajında mübahisə zəminində intihar edərək dünyasını dəyişib. Həyat yoldaşı Charity-nin dediyinə görə, Conson mübahisə zamanı onun gözü qarşısında özünü güllələyib. Təcili yardım hadisə yerinə gələndə o, hələ sağ idi, lakin daha sonra xəstəxanaya çatarkən dünyasını dəyişib.Onun 58 yaşı var idi.

Xatırladaq ki,  Conson 31 oktyabr 1962-ci ildə Holdenville, Oklahomada anadan olub. Avtomobil həvəskarı kimi təsvir edilən Conson Norman Auto Trim & Glass-da işləyib və L&A Wrecker-də sürücü olub. O, həm də  2020-ci ildə debüt edən məşhur Netflix serialı "Tiger King"- in ilk mövsümünün dördüncü epizodunada çəkilib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31