Suriyada hava hücumu nəticəsində 2 mülki şəxs həlak olub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Suriyanın mərkəzinə  hava hücumu nəticəsində 2 mülki şəxs həlak olub, 6 hərbçi yaralanıb.

Bu barədə Suriyanın SANA xəbər agentliyindən verilən məlumatda bildirilir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri təxminən saat 01:26-da hava zərbəsi endirib, hücum Beyrutun şimal-qərb hissəsindən başlayıb. Suriyanın hava hücumundan müdafiəsi Homs şəhəri üzərində raketlərin əksəriyyətini ələ keçirib.

Noyabrın 17-də SANA xəbər agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin cənubundakı boş bina istiqamətində iki raket atdığını, onlardan birinin tutulduğunu bildirib. Suriya hərbçiləri və mülki şəxslər arasında itki olmadığını bildirib.

MƏNBƏ: SANA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31