Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər
23 Noyabr 2021 23:23 DünyaRusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda deyilir: "23 noyabr 2021-ci il tarixində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub".
Bildirilir ki, telefon danışığı zamanı tərəflər beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31