Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin IV biznes forumu keçiriləcək
23 Noyabr 2021 20:22 DünyaNoyabrın 26-da Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin IV biznes forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hibrid formatda keçiriləcək forum çərçivəsində neft-qaz, kimya, kənd təsərrüfatı, ticarət sektorları, eləcə də qida və toxuculuq sənayesinin rəhbərləri ilə görüşlər də təşkil olunacaq.
Forum çərçivəsində İƏT-ə üzv dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi, ticarət və xidmətlər, o cümlədən elektron ticarət, vergitutma sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq. Nümayəndələr, həmçinin İƏT regionunda nəqliyyat və logistika xidmətlərinin perspektivlərini nəzərdən keçirəcəklər.
Xatırladaq ki, Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31