Patruşev Belarus sərhədindəki miqrantları Qərbin hərəkətlərinin əsiri adlandırıb

Olaylar.az RİA NOVOSTİ-ə istinadən xəbər verir ki, Belarus və Polşa sərhədində toplanan miqrantlar Qərbin yaratdığı vəziyyətin girovuna çevrilib.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Arqumentı faktı  qəzetinə müsahibəsində bildirib.
"Onları vətənlərini tərk etməyə məcbur edən motivlərdən asılı olmayaraq, onlar Qərb ölkələrinin yaratdığı vəziyyətin əsiri olublar. İndi sərhəddə toplanmış miqrantların sayı 2500-3000 arasında dəyişir. Onların sayı arta bilər" - deyə Patruşev söyləyib.
Əlavə olaraq, miqrantlar arasında qadınlar, o cümlədən hamilə qadınlar, həmçinin 750-yə qədər məktəbəqədər uşağın olduğunu bildirib.
"Onlara qayğı göstərməyin əsas yükü Belarusun üzərinə düşüb. İnsanlar qidalanır, sığınacaqlarla təmin olunur, tibbi yardım göstərilir", - deyə  Patruşev əlavə edib.
Həmçinin miqrantlar üçün düşərgələr tikməyi vəd edən Avropa İttifaqı öz təşəbbüsündən imtina etdiyinidə vurğulayıb.
"Brüssel dünyaya Avropa dəyərləri, insan haqları, multikulturalizm, açıq qapı siyasəti haqqında danışmağa davam edir. Bu arada, Polşa sərhədində miqrantlar itlərlə zəhərlənir, qeyri-insani su şırnaqları ilə sulanır, tikanlı məftillərlə hasarlanır, başlarının üstündən gülləbaran edilir",- Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31