Din xadimi pedofil çıxdı

Krasnoyarskda yerləşən sinaqoq rəhbərinin müavini pedofiliyaya görə mühakimə olunub.

Olaylar.az  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya məlumat verib. Mənbənin sözlərinə görə, 58 yaşlı kişi cinsiyyət orqanını uşaqlara göstərib. Bundan əvvəl də 1988-ci ildə o, artıq oxşar cinayətə görə məhkum olunub. Təqsirləndirilən şəxs 9 yaşlı iki oğlan və 8 və 9 yaşlı qızlara qarşı başqa seksual hərəkətlər edib. Saxlanılan şəxsə qarşı cinayət işi açılıb ekspertizaya göndərilib.

Stasionar psixoloji-psixiatrik məhkəmə-tibbi ekspertizası zamanı məlum olub ki, təqsirləndirilən şəxsin psixi pozğunluğu var. Cinayət işi tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərarla mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31