Yoluxanların sayı son sutkada -33,996 nəfərə çatıb
23 Noyabr 2021 14:10 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 33,996 yeni təsdiqlənmiş COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Ümumi sayı 9,400,835 hadisəyə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.
Yoluxmaların nisbi artım tempi 0,36% təşkil edib.
Xüsusilə, son sutkada, Moskvada- 1871, Samarada- 1529, Krım Respublikasında- 775, Nijni Novqorod və Krasnodarda- 759 yeni yoluxma halı aşkarlanıb.
Ümumilikdə, hazırda Rusiyada 1 044 562 nəfər koronavirus xəstəsinin müalicəsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31