Belarus və Polşa sərhədində qaçqınlar ilk dəfə qar görüblər- VİDEO
23 Noyabr 2021 13:20 DünyaOlaylar.az RİA Novostiyə istinadən xəbər verir ki, Belarusun Qrodno vilayətindəki Bruzgi logistika mərkəzində yerləşdirilən qaçqınlar ilk dəfə qar görüblər.
Agentliyin müxbiri qeyd edib ki, miqrantlar telefonlarına qar çəkib onun dadına baxırlar, uşaqlar isə qartopu oynayıb "qar mələkləri" düzəldirlər.
Noyabrın 8-də Belarusda Yaxın Şərqdən olan iki mindən çox qaçqın Aİ-yə daxil olmaq üçün Polşa sərhədinə gəlib.Miqrantlar bir həftə səhra düşərgəsində qaldıqdan sonra, noyabrın 15-də Polşa-Belarus sərhəddindəki Bruzqi keçid məntəqəsinə gələrək orada məskunlaşıblar. Çərşənbə axşamı, noyabrın 16-da qaçqınlar Polşa ərazisinə soxulmağa cəhd etdilər: hasarları sındırdılar və Polşa təhlükəsizlik qüvvələrinə daş və çubuqlar atdılar. Buna cavab olaraq Polşa sərhədçiləri insanlara qarşı gözyaşardıcı qaz, səs-küylü qumbara və su şırnaqlarından istifadə ediblər.
Daha sonra Belarus hakimiyyəti sərhədi tərk etmək istəyən bəzi miqrantları qida və isti paltarla təmin edərək logistika mərkəzinə yerləşdirib.