Rusiya və ASEAN ilk dəfə dekabrın əvvəlində birgə dəniz təlimləri keçirəcək

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın ASEAN-dakı daimi nümayəndəsi Aleksandr İvanov, Rusiya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) dekabrın əvvəlində İndoneziya yaxınlığında ilk dəfə birgə dəniz təlimləri keçirəcəyini bildirib.

Bu barədə Aleksandr İvanov mediaya açıqlamasında danışıb.

"Rusiya-ASEAN hərbi dəniz təlimləri dekabrın 1-3-də İndoneziyanın ərazi sularında yerləşən Şimali Sumatra bölgəsində keçiriləcək.Təlimlərdə Rusiyanı böyük sualtı qayıqlara qarşı döyüş gəmisi "Admiral Panteleyev" təmsil edəcək", - deyə səfir söyləyib.

Əlavə olaraq, təlimlər iki, virtual və dəniz mərhələsində keçiriləcəyini bildirib. İndoneziyanın müdafiə naziri Prabovo Subiantonun dəniz manevrlərinə başlayacağı gözlənilir.

Oktyabrın 28-də Rusiya və ASEAN-ın dördüncü sammiti videokonfrans vasitəsilə keçirilib. Sammit Rusiya ilə assosiasiya arasında əlaqələrin bu il qeyd olunan 30-cu ildönümünə həsr olunub. Sammitdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra sənədlər qəbul edilib. Liderlər Rusiya-ASEAN tarixində ilk dəfə hərbi dəniz manevrlərinin keçirilməsi barədə qərarı təsdiqləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31