Çin "Gaofen-3-02" Yerin müşahidə peykini orbitə buraxıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası noyabrın 23-də bildirib ki, Çin "Gaofen-3-02" Yerin müşahidə peykini orbitə çatdırıb.

Bu barədə WeChat sosial media şəbəkəsində dərc edilən açıqlamada bildirilir.

Məlumata görə, peyk yerli vaxtla səhər saat 07:45-də Jiuquan kosmodromundan Changzheng (və ya Long March) 4C daşıyıcı raketinin göyərtəsində buraxılıb.

Peyk dəniz fəlakətlərinin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və ətraf mühitin monitorinqi, həmçinin kənd təsərrüfatı və meteoroloji məqsədlər üçün nəzərdə tutulub.

Bu Changzheng daşıyıcı raketinin 398-ci buraxılışı idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31