Tramp doqquzuncu dan qara kəmər aldı - FOTO
22 Noyabr 2021 23:17 DünyaABŞ-da səfərdə olan Dünya Taekvondo Federasiyasının prezidenti Li Donq Seop Floridada ABŞ-ın sabiq Prezidenti Donald Trampla görüşüb.
Görüşdə Donald Trampa taekvando üzrə 9-cu dan qara kəmər və döyüş sənəti kostyumu hədiyyə edilib.
"Eşitdim ki, Donald Tramp taekvondo ilə çox maraqlanır" - deyə Dünya Taekvondo Federasiyasının prezidenti qeyd edib.
Donald Tramp isə öz növbəsində bildirib ki, əgər seçiciləri ona etimad göstərərsə ABŞ Konqresində taekvando kostyumu geyinəcək.
"Bizim dövrümüzdə taekvondo özünü müdafiə etmək üçün əla döyüş sənətidir", - deyə D. Tramp vurğulayıb.
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31