“Taliban” rəqiblərdən qisas almağa davam edir

 

Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş "Taliban" hərəkatının rəhbərliyi ölkənin Milli Polis Akademiyasının adını dəyişdirilməsi barədə göstəriş verib.

Əfqanıstan Milli Polis Akademiyası uzun illər "Taliban"a qarşı mübarizə aparmış general Abdul Raziq Yaqubinin adını daşıyırdı.

Abdul Raziq Yaqubi 2018-ci ildə Qəndəharda "Taliban" silahlılar tərəfindən qubernator sarayının atəşə tutulması zamanı öldürülüb.

"Taliban" rəsmilərinin digər göstərişinə əsasən, bundan sonra Əfqanıstanın Milli Polis Akademiyası Abdul Raziq Yaqubini zərəsizləşdirən "Taliban" üzvü Abu Dudjanın adını daşıyacaq.

Mənbə: oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31