Aşot Xaçaturyants Rusiya Premyer Liqasının prezidenti seçilib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının, Hakimlər Komitəsinə rəhbərlik edən Aşot Xaçaturyants noyabrın 22-də Rusiya Premyer Liqasının prezidenti vəzifəsinə seçilib.

Seçki Moskvada RPL klublarının ümumi yığıncağı zamanı keçirilib və Xaçaturyants bu posta səsvermədə yeganə namizəd olub.

RPL-in keçmiş prezidenti, təxminən 14 il bu quruma rəhbərlik etmiş Sergey Pryadkin oktyabrın 5-də tutduğu vəzifədən istefa verib və Xaçaturyants prezidentin səlahiyyətlərini icra edən təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31