Etirazçılar Ukraynada Prezident Sarayına girməyə cəhd etdilər - VİDEO
22 Noyabr 2021 15:55 DünyaUkraynada 2 minə yaxın şəxs Prezident Sarayınının qarşısında etiraz aksiyası keçirib.
Olaylar.az xəbər verir ki, etirazçılar prezident Vladimir Zelenskidən ölkənin Avropaya inteqrasiyasını qorumaq və gücləndirmək üçün tədbirlər görməyi, xüsusən Korrupsiyaya qarşı mübarizə üzrə Milli Agentliyə və Ukrayna Milli Antikorrupsiya Bürosuna səlahiyyətlərin qaytarılmasını tələb ediblər.
Etirazçılar o cümlədən Rusiyaya güzəştə getməməklə bağlı da şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Prezident Sarayına daxil olmaq istəyiblər və bu sırada polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31