Ukrayna ruslara qarşı “Javelin”dən istifadə edib: "İndi lazımdır, sonra gec olacaq"
22 Noyabr 2021 14:36 Dünya"Javelin" sistemi Türkiyə istehsalı olan "Bayraktar" pilotsuz uçan aparatları ilə birlikdə rus qoşunlarına qarşı istifadə edilib.
Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Donbasdakı işğalçılara qarşı "Javelin" tank əleyhinə raket kompleksindən istifadə ediblər .
Bu barədə "Military Times"ə müsahibə verən Budanovun sözlərinə görə, "Javelin" sistemləri Türkiyə istehsalı olan "Bayraktar" pilotsuz uçan aparatları ilə birlikdə rus qoşunlarına qarşı istifadə edilib. Bu sistem rəqib üçün əhəmiyyətli psixoloji çəkindirici xüsusiyyətə malikdir.
Ukraynanın ABŞ-ın əlavə yardımına ehtiyacı olduğunu deyən Budanov Pentaqonun onlara daha çox silah verməli olduğunu vurğulayıb.
"Bizim daha çox ehtiyacımız var. Ukraynadan başqa heç bir ölkənin Rusiya ilə açıq müharibəsi yoxdur. Biz artıq 7 ildir ki, vuruşuruq. Buna görə də biz əminik ki, ABŞ bizə əvvəllər də almadığımız lazım olan hər şeyi verməlidir. Həm də indi. İndi ən yaxşı məqamdır. Sonra çox gec ola bilər", - Kiril Budanov qeyd edib.
"Javelin" ABŞ istehsalı portativ tank əleyhinə raket kompleksidir (ATGM). O, zirehli texnikaları və aşağı sürətli hədəfləri, xüsusən də helikopterləri, PUA-ları məhv etmək üçün nəzərdə tutulub.
Ukrayna ABŞ-la ikitərəfli müqavilələr çərçivəsində "Javelin" alıb.