Yoluxmaların sayının artması ilə əlaqədar sərt karantin rejimi tətbiq olunub

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya kansleri Alexander Schallenberg, COVID-19 səbəbiylə daha bir sərt karantin rejimi  və 2022-ci il fevralın 1-dən universal, məcburi peyvəndin başlandığını elan edib.

Rəsmilər, karantin rejiminin ən azı 10 gün davam edəcəyini, lakin 20-yə qədər uzadıla biləcəyini söyləyib.

Noyabrın 15-dən ölkədə COVID-19-a qarşı peyvənd olunmayanlar üçün karantin rejimi tətbiq olunur. Avstriya kansleri Alexander Schallenberg də keçən həftə ölkənin 1 fevral tarixindən etibarən peyvənd mandatını tətbiq edəcəyini açıqlayıb.

Qərar şiddətli reaksiyaya səbəb olub, on minlərlə insan etiraz olaraq küçələrə axışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31