Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək
22 Noyabr 2021 13:56 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb.
O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.
N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5- 2 saat davam edəcək.
(Aysor)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31