Koronavirusa yoluxanların sayı 9 milyonu ötüb

Olaylar.az TASS-a istinadən xəbəbr verir ki, Rusiyada son sutka ərzində 35 681 yeni təsdiqlənmiş COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Ümumi yoluxanların  sayı 9 366 839-a çatıb.

Bu barədə  koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.  Yoluxmaların nisbi artım tempi 0,38% təşkil edib.

Xüsusilə, son sutkada Moskvada -1784 yeni yoluxma, Samarada- 1648, Krasnodarda isə- 991 yeni yoluxma halı aşkar edilib. Həmçinin, bu müddət ərzində Krım Respublikasında- 814, Nijni Novqorodda isə 769 yeni yoluxma halı qeydə alınıb.

Ümumilikdə, hazırda Rusiyada 1 047 860 nəfər koronavirus xəstəsinin müalicəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31