İspaniya sahillərində ölüm-dirim mübarizəsi
22 Noyabr 2021 13:07 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantların ölüm-dirim mübarizəsi bu dəfə İspaniya sahillərində baş verib. Böyük Kanar adasının sahillərində 122 miqrant xilas edilib. İspaniya Sahil Mühafizəsi Böyük Kanariya sahillərində miqrantları daşıyan üç qayığı gördüyünü bildirib.Adanın cənubunda dayanmış qayıqlarda olan 122 immiqrant xilas edilib. Mühacirlərin olduğu qayıqlar təhlükəsiz şəkildə limana aparılıb.İspaniya hökumətinin məlumatlarına görə, bu ilin yanvar-30 sentyabr tarixləri arasında Qərbi Afrikadan Kanar adalarına 13,100-dən çox miqrant gəlib.Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə bölgəyə gələn immiqrantların sayının iki dəfədən çox artdığını göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31