Səudiyyə Ərəbistanı bu tarixdə “Rusiya - İslam Dünyası” toplantısına ev sahibliyi edəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbəbr verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində noyabrın 24-də "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun toplantısı keçiriləcək. Builki tədbirin mövzusu "Dialoq və əməkdaşlıq perspektivləri" olacaq.
Görüşdə Rusiya və İslam dünyasının rəsmiləri, alimləri və mütəfəkkirləri bir araya gələcək. Onlar hər iki tərəfin maraqlarına toxunan məsələləri müzakirə edərək, mövcud problemlər qarşısında əməkdaşlığı gücləndirmək üçün bir araya gələcəklər.
Bu, Rusiyanın İslam dünyası ilə əlaqələrini gücləndirmək səyləri çərçivəsində və Səudiyyə Ərəbistanının müxtəlif mədəniyyətlərdən və müxtəlif dini mənsubiyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirmək təşəbbüsünün bir hissəsi kimi qeyd oluna bilər. Çünki Krallıq tədbirə ikinci dəfə ev sahibliyi edir. 2008-ci ildə Ciddədə dördüncü sessiyaya ev sahibliyi edib .
"Rusiya - İslam dünyası" Strateji Baxış Qrupu 2006-cı ildə Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakov və Tatarıstan Respublikasının keçmiş prezidenti Mintimer Şaymiyevin rəhbərliyi ilə Rusiya Federasiyası İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqdan sonra yaradılıb.

Qrup Moskva, Kazan, İstanbul, Ciddə və Küveytdə görüşlər keçirib. Rusiya Prezidenti Vladimir Putin Strateji Baxış Qrupunun hər iclasında salamlama mesajı ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31