Suriya prezidenti Rusiya diplomatları ilə humanitar yardımı müzakirə ediblər

Olaylar.az TASS-a istinadən xəbəbr verir ki, Suriya prezidenti Bəşər Əsəd, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin görüşüb.

Bu barədə noyabrın 22-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər Suriyada və onun ətrafında mövcud vəziyyəti ətraflı müzakirə edərək, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq ayrı-seçkilik və siyasiləşdirmə olmadan ehtiyacı olanlara hərtərəfli humanitar yardımın səfərbər edilməsinə diqqət yetiriblər. Bu baxımdan görüş Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrində nəzərdə tutulduğu kimi, sabitliyi qorumaq və Dəməşqin milli ərazi üzərində suverenliyini və nəzarətini bərpa etmək üçün praktiki addımların atılmasının vacibliyini təsdiqləyib.

Lavrentyev və Verşinin Müdafiə Nazirliyinin nümayəndələrinin də daxil olduğu Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya gəliblər. Danışıqlar 20 noyabr 2021-ci ildə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31