Peyvənd olunmadıqları üçün işdən qovuldular

Olaylar.az RİA NOVOSTİ-ə istinadən xəbər verir ki, Primorye müəssisələrinin ən azı 700 işçisi koronavirusa qarşı peyvənd olunmadığı və müalicə olunmadığı üçün rəsmi olaraq işdən qovulub.
Bu barədə  Primorye Həmkarlar İttifaqları Federasiyasının məlumatında bildirilir.
Primoryedə xidmət sektorunda, mənzil-kommunal təsərrüfatında, ictimai xidmətlərdə və bir sıra digər sahələrdə çalışanlar üçün koronavirusa qarşı məcburi peyvənd tətbiq edilib. 
Məlumata görə, noyabrın 15-dən regionda birinci, dekabrın 15-dən isə ikinci peyvənd olunmayan şəxsləri  işdən çıxarmağa başlayacaqlar.
700-ə yaxın Primorye sakini COVID-19-a qarşı peyvənd olunmadığı və müalicə olunmadığı üçün rəsmi olaraq işdən qovulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31