Qəza nəticəsində- 5 nəfər ölüb, daha 40 nəfər yaralanıb
22 Noyabr 2021 12:03 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində avtomobilin Milad paradının iştirakçılarını vurması nəticəsində azı 5 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
Bu barədə rəsmi polis idarəsindən məlumat verilib.
"Hazırda beş nəfərin öldüyünü və 40-dan çox insanın yaralandığını təsdiqləyə bilərik. Lakin əlavə məlumat topladıqca bu rəqəmlər dəyişə bilər", - polis idarəsi "Facebook" səhifəsində bildirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, zərərçəkənlərin çoxu özlərini xəstəxanalara çatdırıblar. Qəzanın baş verdiyi küçənin yerli vaxtla saat 12:00-a qədər (Moskva vaxtı ilə 21:00) bağlı olacağı qeyd edilir. Bu ərazidəki müəssisələr də bağlı qalacaq. Hadisə ilə bağlı əlavə araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl hüquq-mühafizə orqanları avtomobilin Milad paradının iştirakçılarının kütləsinə çırpılması barədə məlumat vermişdi. Polis "maraqlanan şəxsi" istintaqa saxlayıb. Bu arada, maşının sürücüsü olub-olmadığını dəqiqləşdirməyiblər.
Yerli Federal Təhqiqatlar Bürosu (FTB) özünün Twitter səhifəsində qeyd edib ki, hüquq-mühafizə partnyorları standart təcrübənin bir hissəsi kimi "yardım göstərirlər".