Bu ölkədə silahlı hücumlar artıb- bir həftədə 68 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Nigeriyada son günlər silahlı hücumlar artıb. Ötən həftə 68 nəfər həyatını itirib, 40-dan çox insan qaçırılıb.

Təhlükəsizlik məsələləri ilə əlaqədar noyabrın 14-dən  20-dək  ölkənin müxtəlif bölgələrində silahlı hücumlar həyata keçirilib.

Digər tərəfdən, Nigeriya ordusu ötən həftə ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi əməliyyatlarda terror təşkilatı olan  Boko Haramın 67 üzvünü zərərsizləşdirib, silahlı dəstənin   üzvü olan  mindən çox terrorçu isə təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31