Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO
20 Noyabr 2021 20:08 DünyaABŞ-ın Cənubi Kaliforniya bölgəsində magistral yolda zirehli avtomobildən bir çanta pul yola tökülüb.
Kanal.az xəbər verir ki, pulu görən digər sürücülər yerə dağılan pulları yığmaq üçün bir-biri ilə yarışıb.
Magistral yolda sürücülər maşınlarını saxlayıb pulu yığmağa başlayıblar.
Əsasən 1 və 20 dollarlıq olan əskinaslar yolun bütün zolaqlarına yayılıb, nəqliyyatın hərəkətini çətinləşdirib.
Pulları yığmaq istəyənlərdən 2 nəfəri saxlanılıb. İtirilən pulun miqdarı məlum deyil.
Bildirilir ki, azı 10 nəfər yığıdıqları pulu polisə təhvil verib.
Zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31