ABŞ yeni "məxfi" PUA-sını nümayiş etdirib

ABŞ Hərbi Hava Qüvvələrinin Silahlanma üzrə qabaqcıl təcrübə mərkəzi "məxfi" kəşfiyyat PUA-sı RQ-180 White Bat-ı nümayiş etdirib.

Dron "uçan qanad" sxeminə əsasən hazırlanıb. Ehtimal olunur ki, qurğu dronlar dəstəsini idarə etməyə qadir olan strateji gizli bombardmançı B-21 Raider ilə əlaqəyə malikdir. Yeni dronun B-21 sistemi çərçivəsində fəaliyyət göstərməsi istisna edilmir.

Təqdim olunan materialda kəşfiyyat sahəsində digər nailiyyətləri, aktual və perpektiv kəşfiyyat qurğuları da nümayiş etdirilir.

Mənbə: trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31