"Facebook", "Instagram" və "Whatsapp"ın işində problem yaşanır

Dünyanın bir sıra ölkələrində "Facebook", "Instagram" və "Whatsapp" sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

Bu barədə "Downdetector" saytı məlumat yayıb.

Məlumata görə, instaqramda daha çox xəbər lentində, feysbukda saytın işində, vatsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.

Azərbaycan olan istifadəçilər də sosial şəbəkələrin, xüsusən də "Facebook"da paylaşım bölməsindən narazılıq ediblər.

Mənbə: olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31