Yunanıstan peyvənd olunmayanlar üçün karantin elan edib

Yunanıstan peyvənd olunmamış vətəndaşlar üçün sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edən Avropa dövlətləri siyahısına qoşulur. Yerli xəbər agentlikləri hökumətdəki mənbələrə istinadən xəbər verir ki, noyabrın 22-dən etibarən ölkədə bütün peyvənd olunmamış insanlar üçün karantin elan edilib. Əvvəlcə peyvənd olunmayanlar üçün məhdudiyyətlər iaşə obyektləri ilə bağlı tətbiq ediləcək. Gələn həftədən etibarən qadağa kinoteatrlara, mədəniyyət obyektlərinə, idman, istirahət obyektlərinə girişə də şamil ediləcək.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin sözlərinə görə, yeni məhdudlaşdırıcı tədbirlər "peyvəndlənmək üçün dolayı stimul" olacaq.

Yunanıstan hökuməti, həmçinin 60 yaşdan yuxarı peyvənd edilmiş vətəndaşlar üçün sertifikatların etibarlılıq müddətini qısaltmaq qərarına gəlib. İndi revaksinasiya 7-8 ay ərzində aparılmalıdır. Bununla yanaşı, ölkədə sanitar normalara riayət olunmasına nəzarət gücləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31