NATO Rusiyaya xəbərdarlıq etdi
19 Noyabr 2021 16:22 Dünya"Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik".
Olaylar.az "Haber Global"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Ukrayna sərhəddindəki hadisələri yaxından izlədiklərini bildirib: "Proseslərə nəzarət edirik. Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı şəffaf olmağa, vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31